Fransada koronavirusdan ölənlərin sayı 20,7 mini keçib

Fransada koronavirusdan ölənlərin sayı 20,7 mini keçib

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

“Fransada COVID-19 epidemiyası son sutka ərzində koronavirsdan 531 nəfərin ölümünə səbəb olub”. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Fransa Baş Səhiyyə İdarəsinin baş direktoru Jerome Salomon keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, ölüb: “Bu günə qədər ölənlərin sayı 20796 nəfər olub. Onlardan 12 900 nəfəri xəstəxanalarda,  digər 7896 nəfəri isə qocalar evlərində və digər tibbi və sosial müəssisələrdə ölüb”.

Bbaş direktorun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin sayı 30 106 nəfərə çatıb: “Hazırda reanimasiyada 5443 nəfər var. Son 13 gün ərzində reanimasiyada olanların sayında azalma müşahidə olunub. Ölkə üzrə COVID-19 infeksiyasına yoluxanların sayı ümumilikdə 117 324 nəfərdir”.

 

Share