Futbol üzrə Şotlandiya çempionatının taleyinə aydınlıq gətirilib

Futbol üzrə Şotlandiya çempionatının taleyinə aydınlıq gətirilib

17.04.2020 Off By admin

Şotlandiyada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan çempionatların taleyinə rəsmən aydınlıq gətirilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu ölkənin 2-ci (“Championship”), 3-cü (“League One”) və 4-cü (“League Two”) liqalarında yarıda qalan mövsümün ləğv olunması səsverməyə çıxarılıb.

Şotlandiya Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, səsvermədə sözügedən liqalarda mübarizə aparan 42 klub iştirak edib. Həmin klublar mövsümün ləğvinə qərar veriblər. Çempionatlar dayandırıldığı günə olan vəziyyətə uyğun başa çatmış elan olunub. Belə olan halda ilk pillədə qərarlaşmış komandalar çempion elan edilib. Beləliklə, 2-ci liqada “Dandy Yunayted”, 3-cü liqada “Raith Rovers”, 4-cü liqada isə “Cove Rangers” bu mövsümün çempionuna çevrilib.

Rəsmi açıqlamada üst liqaya yüksələcək və ya çempionatı tərk edəcək komandalarla bağlı daha sonra qərar veriləcəyi bildirilib. Hazırda bu məsələ ilə bağlı xüsusi çalışmalara start verilib.

Share