Gürcüstanın Azərbaycana 6,2 milyon dollar borcu var

Gürcüstanın Azərbaycana 6,2 milyon dollar borcu var

18.04.2020 Off By admin

Gürcüstanın Azərbaycana olan dövlət borcu 6,2 milyon ABŞ dollarıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin hesabatında deyilir. Aprelin 1-nə olan məlumata görə, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu dəyişməyib.

Hazırda Gürcüstanın 5,6 milyard dollar xarici borcu var ki, bunun da 5,4 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olan ölkələr Almaniya (373,9 milyon dollar), Fransa (325,2 milyon dollar) və Yaponiyadır (213,29 milyon dollardır).

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Share