"Honda" Yaponiyada iki zavodunun işini dayandırır

"Honda" Yaponiyada iki zavodunun işini dayandırır

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Yapon avtomobil istehsalçısı “Honda” yeni növ koronavirusun yayılması səbəbiylə Saytama prefekturasındakı iki zavodda istehsalını dayandıracaq.

Trend-in məlumatına görə, bu barədə yerli Kyodo agetliyi xəbər yayıb.

Sayama şəhərindəki miniven buraxan zavod aprelin 27-dən mayın 1-dək, krossoverlərin yığıldığı Yoria şəhərindəki zavod isə aprelin 27-dən eyni ayın 29-na qədər istehsalı dayandıracaqlar.

Daha əvvəl ölkədə “Mitsubisi Motors” və “Subaru” avtomobil istehsalçıları zavodlarının bağlanması barədə məlumat verib.

Share