İmtahanların qrafikində yenidən dəyişiklik edildi

İmtahanların qrafikində yenidən dəyişiklik edildi

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Koronavirus pandemiyasının qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində ölkə ərazisində tətbiq olunan karantin rejimi mayın 4-dək uzadılıb. Ona görə də yanvar ayında elan edilən qrafikimizdə bir sıra müəyyən dəyişiklik etdik”.

Axşam.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda mart və aprel ayında olan imtahanlar keçirilməyib deyə qrafik üzərində yenidən işlənilməlidir:

“Qrafik 10 gün ərzində ictimaiyyətə təqdim olunacaq. Biz Opertaiv Qərargahın qəbul etdiyi qərarlara əməl etməli olduğumuz üçün qrafiki hazırda təqdim edə bilmirik. May ayının 4-dən sonra qaydalara uyğun olaraq imtahanların yeni qrafikini təqdim edəcəyik. İmtahanların vaxtları ilə bağlı bizə çoxsaylı suallar daxil olur. Bilməliyik ki, bizim hazırda əsas məqsədimiz sanitar qaydalara əməl etmək, imtahan iştirakçıları üçün hər hansı təhlükə yaratmamaqdır”.

Share