İqtisadiyyatın bərpası üçün ucuz maliyyə, yüngül vergi yükü və tələbi yaradan bazarlara çıxış daha önəmlidir

İqtisadiyyatın bərpası üçün ucuz maliyyə, yüngül vergi yükü və tələbi yaradan bazarlara çıxış daha önəmlidir

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacağı halda, Azərbaycan iqtisadiyyatı cəmi 2,2 faiz kiçiləcək.

Bu barədə Trend-ə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Orta Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsinin içərisində Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir:

“Azərbaycan da OPEC+ çərçivəsində neft hasilatını azaldır və aşağı neft qiymətlərindən itirir, sadəcə, Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sənayesinin sürətli artımı və hökumətin effektiv anti-böhran tədbirləri hesabına ölkəmizdə iqtisadi tənəzzülün qarşısı daha səmərəli alınır. Təkcə onu demək kifayətdir ki, postsovet məkanında pandemiyadan əvvəl və sonra BVF-nin verdiyi iqtisadi artım proqnozları arasındakı ən az fərq olan ölkələrdən biri Azərbaycandır, yəni pandemiya başqalarına nisbətən bizim iqtisadi artıma daha az təsir edib.

Çünki ölkəmizdə pandemiya ilə mübarizə büdcəsi təxminən 3,5 milyard manat təşkil edir və vaxtında anti-böhran tədbirləri müəyyənləşdirilib. Eyni zamanda manatın sabitliyi üçün 3 milyard manatdan artıq vəsaitlə valyuta bazarına müdaxilə edilib. Postsovet məkanında yeganə olaraq Azərbaycan hökuməti milli valyutanın sabitliyini təmin etməklə əsas riskləri öz üzərinə götürdü və makroiqtisadi sabitliyi qorudu. Yeri gəlmişkən, pandemiyanın təsirilə neft ixrac edən və tam üzən rejimə malik bütün ölkələrin valyutası devalvasiyaya uğrayıb”.

Vüsal Qasımlı deyib ki, pandemiyanın iqtisadiyyata təsiri ilə mübarizədə iki mərhələ olacaq:

Share