İran silkələndi

08.01.2020 Off By admin

İranda Atom Elektrik stansiyası yaxınlığında zəlzələ baş verib.

REN TV-nin yaydığı xəbərə görə, “Buşer” stansiyası yaxınlığında iki təkan qeydə alınıb.

Bildirilir ki, təkanlar 4,9 və 4,5 bal gücündədir.

Zəlzələnin episentri Borazcan şəhərinin cənub-şərq hissəsində olub.

Yerli vaxtla 2:20-də baş verən, 4,9 bal gücündə olan zəlzələnin dərinliyi 10 kilometr, 3:19-da olan, 4,5 bal gücündə olan zəlzələnin dərinliyi isə 17 kilometr olub.

Dağıntı və tələfatlar barədə məlumat verilmir.

Share