İranda koronavirusdan daha 88 nəfər ölüb

İranda koronavirusdan daha 88 nəfər ölüb

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İranda ötən 24 saat ərzində daha 88 nəfər koronavirusdan (COVID19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.

K.Cahanpurun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 5 297 nəfərə çatıb.

Cahanpur deyib ki, ötən sutka ərzində daha 1 297 nəfər koronavirusa yoluxub və İranda bu virusa yoluxanların sayı 84 802 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 357 nəfərin vəziyyəti ağır və orta ağır qiymətləndirilir.

Nazirlik rəsmisi indiyədək İranda 60 965 nəfərin koronavirusdan sağaldığını deyib.

Share