İranın Rusiyaya göndərdiyi yüklərin 70 faizi Astara gömrük-keçid məntəqəsindən daşınır

İranın Rusiyaya göndərdiyi yüklərin 70 faizi Astara gömrük-keçid məntəqəsindən daşınır

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İranın Rusiyaya ixrac etdiyi yüklərin 70 faizi Gilan vilayətindəki Astara gömrük-keçid məntəqəsindən daşınır.

xəbər verir ki, bu sözləri İran-Rusiya Ticarət Palatasının sədri Hadi Taban mətbuata verdiyi açıqlamada deyib. O bildirib ki, Azərbaycan ilə İran arasındakı Astara gömrük-keçid məntəqəsi İran üçün olduqca mühüm əhəmiyyət daşıyır. İranın beynəlxalq ticarət əlaqələrinin inkişafında Azərbaycanla olan Astara gömrük qapısının rolu böyükdür.

İran Rusiya, Ukrayna və Gürcüstana ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirir. İranın ixrac malları tranzit yük kimin Azərbaycana daxil olur buradan da adıçəkilən ölkələrə yola salınır.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu tam olaraq istismara verildikdən sonra isə Astara gömrük-keçid məntəqəsindən yalnız İran deyil, Körfəz və Cənub –Şərqi Asiya ölkələri də istifadə edəcək. Körfəz və Cənub–Şərqi Asiya ölkələri Avropa ilə ixrac-idxal əməliyyatları çərçivəsində yükləri İranın Bəndər-Abass limanına göndərəcək. Buradan isə yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq ki, bu da Azərbaycanın və digər tranzit ölkələrin iqtisadi inkişafına böyük təkan verəcək.

Palata sədri onu da qeyd edib ki, hazırda koronavirus pandemiyası ilə əlaqədar Astara gömrük qapısı bağlı olsa da, ticarət əlaqələri davam edir. Yüklər gömrük-keçid məntəqəsində ciddi şəkildə dezinfeksiya edildikdən sonra yola salınır. Bununla yanaşı, yüklər qəbul olunan məntəqədə də dezinfeksiya edilir.

Rabil Kətanov

-ın xüsusi müxbiri

-ın xüsusi müxbiri

Tehran

Share