İstanbuldakı təyyarə qəzasında yaralanan azərbaycanlı Qazaxıstan vətəndaşıdır

06.02.2020 Off By Füzuli İsmayılov

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş təyyarə qəzasında yaralananlardan biri azərbaycanlıdır. Lakin o, Qazaxıstan vətəndaşıdır.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub.

Qəzanın başvermə səbəbinin araşdırılması məqsədilə ABŞ-dan Türkiyəyə xüsusi heyətin gələcəyi bildirilir.

Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb. Hadisə nəticəsində üç nəfər ölüb, 180 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

Share