Jurnalistlər Messini ilin idmançısı seçdilər

31.12.2019 Выкл. Автор admin
İdman Mətbuatı Beynəlxalq Assosiasiyası (AIPS) futbol üzrə Argentina yığmasının və “Barselona” klubunun hücumçusu Lionel Messini və amerikalı gimnast Simona Baylzı ilin idmançısı elan edib.
AIPS-in rəsmi saytında bildirilir ki, səsvermədə dünyanın 102 ölkəsindən 331 jurnalist iştirak edib.
Messi 13,11 faiz səs toplayaraq kişilər arasında birinci olub. Keniyalı yüngül atlet Eliuda Kipçoqe 12,01 faizlə ikincidir, ispan tennisçisi Rafael Nadal 9,38 faizlə üçüncü yeri tutub.
Simona Baylz 15,04% səs toplayaraq qadınlar arasında birinci olub. Səsvermənin nəticəsinə görə ikinci yeri amerikalı futbolçu Meqan Rapino (13,51%) tutub. Üçüncü yerdə yamaykalı yüngül atlet Şelli-Enn Freyzer-Prays qərarlaşıb (11,01%).
Share