Kanadada atışma zamanı öldürülənlərin sayı 23-ə yüksəlib

Kanadada atışma zamanı öldürülənlərin sayı 23-ə yüksəlib

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Kanadanın Yeni Şotlandiya əyalətində aprelin 19-na keçən gecə 51 yaşlı Qabriel Uortman tərəfindən törədilən atışma qurbanlarının sayı 23-ə çatıb.

Trend-in Tass-a istinadən verdiyi məlumata görə, hadisə Kanada tarixində 1989-cu ildə 14 nəfərin öldürüldüyü Monreal Politexnik İnstitutunda baş verən atışmadan sonra ən böyük kütləvi qətl olub.

Qeyd olunur ki, ölənlər arasında 17 yaşlı qızın cəsədi tapılıb. “Digər bütün zərərçəkənlər orta yaşlı kişilər və qadınlardır”, – polis bildirib. Uortmanın yeni qurbanlarının ola biləcəyi barədə məlumat dəqiqləşdirməyib.

Aprelin 20-də əyalətin polis başçısı Kris Lezer 18 ölü olduğu barədə bildirdi, lakin Q.Uortman ən azı beş yaşayış binasını və digər tikililəri yandırdığından “yaxın günlərdə qurbanların sayının arta biləcəyini” xəbərdar etdi.

Share