Kanadada silahlı insident nəticəsində 1 polis öldürülüb

Kanadada silahlı insident nəticəsində 1 polis öldürülüb

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Kanadada Yeni Şotlandiya əyalətinin Portapik şəhərində polis insanlara atəş açan şəxsi saxlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə CTV telekanalı məlumat yayıb.

51 yaşlı Gabriel Uortman adlı şəxsin atəş açması nəticəsində çox sayda insanın həlak olduğu bildirilib. Polis ölənlərin sayını hələ dəqiqləşdirməyib. 

Hadisə şənbə günü baş verib, lakin polis hadisə barədə heç bir məlumat verməyib.

Atəş açan şəxsin polis formasını geyindiyi və patrul maşınına minərək hadisə yerindən qaçdığı məlum olub. 

Reuters-in məlumatına görə, ölənlərdən biri polis əməkdaşıdır. 

 

Share