Kanadada silahlı insident nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

Kanadada silahlı insident nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Kanadanın Yeni Şotlandiya əyalətində 51 yaşlı Qabriel Uortman adlı şəxsin atəş açması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə CBC telekanalı məlumat yayıb.

Ölkənin Milli polis komissarı Brend Lakinin sözlərinə görə, istintaq davam edir və polis tərəfindən cinayətin digər qurbanlarının müəyyənləşdiriləcəyi istisna edilmir. 

Qeyd edilib ki, cinayətkarın tutulması istiqamətində əməliyyat 12 saat davam edib. Tərəflər arasında atışmada bir polis ölüb, digəri isə yaralanıb. Atışma zamanı cinayətkarın da öldürüldüyü bildirilib.

 

***

02:04

Kanadada Yeni Şotlandiya əyalətinin Portapik şəhərində polis insanlara atəş açan şəxsi saxlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə CTV telekanalı məlumat yayıb.

51 yaşlı Qabriel Uortman adlı şəxsin atəş açması nəticəsində çox sayda insanın həlak olduğu bildirilib. Polis ölənlərin sayını hələ dəqiqləşdirməyib. 

Hadisə şənbə günü baş verib, lakin polis hadisə barədə heç bir məlumat verməyib.

Atəş açan şəxsin polis formasını geyindiyi və patrul maşınına minərək hadisə yerindən qaçdığı məlum olub. 

CBC telekanalı xəbər verib ki, baş verən atışma nəticəsində ən azı on nəfər ölüb. 

Reuters-in məlumatına görə isə ölənlərdən biri polis əməkdaşı olub. 

 

Share