“Kapital Bank” “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

10.02.2020 Off By admin

Xəbər verdiyimiz kimi “Kapital Bank” “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. 2019-cu ilin ikinci mövsümdə “Bilik Kuboku”nun sahibi və Azərbaycan çempionu “İçərişəhər” komandası olub.

“Kapital Bank”ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komanda üzvlərini təbrik edib. Qalib komandaya 3000 manat pul və korporativ hədiyyələr təqdim edilib.

“Kapital Bank” sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, “Kapital Bank”, həmçinin “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Share