Karantin günlərində imicini dəyişən məşhurlar –  Fotolar

Karantin günlərində imicini dəyişən məşhurlar – Fotolar

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə dünyada karantin rejimi elan edilib və çox insan evdə oturur. Eləcə də dünya ulduzları… Gözəllik salonlarının bağlanması onları qlamur görünüşdən də uzaqlaşdırıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, karantin günlərində imiclərində dəyişiklik edən tanınmış sənətçilər də az deyil.

22 yaşlı El Fanninq saçlarını tünd çəhrayı rəngə boyayıb. Maraqlısı isə odur ki, aktrisa saç rəngini evdə özü dəyişdiyini bildirib.

 

Mayli Sayrus qeyri-adi bir saç düzümü seçib. O, 1980–ci illərin dəbinə qayıdıb. Müğənnini “Şirlərin kralı” serialındakı Co Ekzotikə bənzədiblər.

 

Dua Lipa da imicində dəyişiklik edib. 24 yaşlı müğənni saçlarını çəhrayı rəngə boyayıb.

 

Hilari Daff mavi saçları ilə izləyicilərini təəccübləndirib. 32 yaşlı aktrisa bu cəsarəti ilə yüzlərlə şərh və bəyəni toplayıb.

 

40 yaşlı Pink koronvirus infeksiyasından sağaldıqdan sonra dəyişmək qərarına gəlib. O, saçlarını qısa kəsib.

 

41 yaşlı aktrisa Cennifer Lav Hyutt da saçlarını karantin günlərində çəhrayı rəngə boyayıb.

 

Share