Koronavirus təhlükəsi ilə əlaqədar Ümrə ziyarəti dayandırılıb

27.02.2020 Off By admin

Səudiyyə Ərəbistanı yeni koronavirus təhlükəsi ilə əlaqədar Ümrə ziyarətinin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

APA-nın NTV-yə istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanı Xarici İşlər ölkədəki tibb işçilərinin “Covid-19” ilə əlaqəli prosesləri yaxından izlədiklərini bildirib. Açıqlamada bu epidemiyanın qarşısını almaq üçün beynəlxalq təşkilatların, xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatının (DST) səylərinin dəstəklənəcəyi qeyd edilib: “Görülən qoruyucu tədbirlər çərçivəsində Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına girişin müvəqqəti olaraq dayandırılması qərara alınıb”.

Share