Koronavirusla mübarizə mövzusunda qrafik dizayn müsabiqəsi elan olunur

Koronavirusla mübarizə mövzusunda qrafik dizayn müsabiqəsi elan olunur

16.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “PARLAQ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə koronavirus pandemiyası (COVİD – 19) ilə mübarizə mövzusunda qrafik dizayn müsabiqəsi elan olunur.

Trend-in məlumatına görə, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının səbəb olduğu bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin qrafik dizayn mövzusuna çevirməklə ictimaiyyətə qalıcı formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən qrafik dizayn işlərini ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni işlərin hazırlanmasına stimul verməkdir.

Müsabiqənin şərtləri:

• Müsabiqədə yalnız 18-35 yaşlarında Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər;

• Qrafik dizayn işlərinin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir;

Share