Kürdəmirdə oğurluq hadisəsi baş verib

Kürdəmirdə oğurluq hadisəsi baş verib

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Xınıslı kənd sakini Rəfail İnqilab oğlu  Məmmədov Kürdəmir rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus fərdi yaşayış evindən müəyyən əşyalar oğurlandığını bildirib. Bununla bağlı rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluq hadisəsini törədən şəxslər əvvəllər məhkum olunmuş  Kürdəmir rayon sakinləri Rövşən Rasim oğlu Babaşov və İntiqam İftixar oğlu Cabbarovdur. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, onlar, ümumilikdə, Kürdəmir rayon sakinlərinə 4 000 manat məbləğində maddi ziyan vurublar.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.

Share