Kürdəmirdə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Kürdəmirdə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Kürdəmirdə piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Kürdəmir şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Atakişili kənd sakini N.İbrahimov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Şıxımlı kənd sakini Y.Bəkirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Share