“London-2017” marafonunun qalibi müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb

“London-2017” marafonunun qalibi müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb

16.04.2020 Off By admin

“London-2017” marafonunun qalibi Daniel Vanciru müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu addım kenyalı atletin antidopinq qaydalarını pozduğu üçün atılıb. Həmçinin 27 yaşlı idmançıya qarşı ittiham da irəli sürülüb.

Qeyd edək ki, atlet 2016-cı ildə Amsterdamda təşkil olunan marafonda da birinci olub.

 

Share