“Mançester Yunayted” autsayderə, “Tottenhem” “Çelsi”yə uduzdu
23.12.2019Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub.
Sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
Turun mərkəzi görüşü Londonda baş tutub.
Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” onun keçmiş tələbəsi Frenk Lempardın çalışdırdığı “Çelsi” ilə üz-üzə gəlib. Görüş “mavilər”in qələbəsi ilə yekunlaşıb.
“Mançester Yunayted” isə səfərdə autsayder “Uotford”a məğlub olub.
İngiltərə Premyer Liqası
18-ci tur
22 dekabr
“Uotford” – “Mançester Yunayted” — 2:0
Qollar: Sarr, 50. Dini, 54-pen.
“Tottenhem” – “Çelsi” — 0:2
Qollar: Villian, 12; 45+4-pen.