Maqnus Karlsen şahmat üzrə onlayn superturnirdə liderliyi ələ alıb 

Maqnus Karlsen şahmat üzrə onlayn superturnirdə liderliyi ələ alıb 

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aprelin 20-də hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin ikinci turunun ilk görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, bugünkü iki dueldə Maqnus Karlsen FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca ilə, amerikalı Hikaru Nakamura isə Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəliblər. Dünya çempionu FIDE-ni təmsil edən iranlı şahmatçıya 2,5:1,5 hesabı ilə qalib gəlib. Qeyd edək ki, bir həftə bundan əvvəl 16 yaşlı Ə.Firuzca M.Karlsen üzərindəki qələbəsi ilə dünyaya səs salmışdı. Digər qarşılaşmada isə H.Nakamura Aniş Giriyə 2,5:1,5 hesabı ilə qalib gəlib. Hər iki görüşdən qaliblər turnir cədvəlində öz hesablarına 3 xal yazdırıblar, məğlub olan şahmatçılar isə xalsız qalıblar.

Hazırda M.Karlsen 5 xalla birinci pillədə qərarlaşıb. H.Nakamura 4 xalla ikincidir. Turnirin digər iştirakçıları fransalı Maksim Vaşe-Laqrav, Liren Dinq və Fabiano Karuana 3 xala malikdirlər. Rusiyalı Yan Nepomnyaşi, Ə.Firuzca və A.Giri hələ ki, xalsızdırlar.

Share