Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

Meksikanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin ilk 2 ayı Meksika-Azərbaycan ikitərəfli ticarəti üçün xüsusilə məhsuldar olub.

Bu ilin yanvar ayından fevral ayınadək ikitərəfli ticarətin artımı 56,67 faiz təşkil edib. 2019-cu ilin fevral ayı ilə müqayisədə isə ticarət mübadiləsinin artımı 370 faiz olub. Bu tendensiyanın saxlanacağı təqdirdə Meksika-Azərbaycan ticarəti cari ildə öz tarixi yüksəlişinə – 80 milyon dollardan çox göstəriciyə çata bilər.

Share