Milli Azərbaycan Tarixi Muzeyinə XVI əsrə aid sikkələr hədiyyə edilib

06.02.2020 Off By admin

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fonduna jurnalist, kolleksiyaçı Ruslan Rəhimov tərəfindən 35 ədəd sikkə hədiyyə edilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, sikkələrin təyinatı nəticəsində onların XVI əsrə aid olduğu müəyyənləşdirilib.

Zəyəm, Kaxetiya zərbxanalarının istehsalı olan, üzərində müxtəlif yazı və heyvan təsvirlərinin həkk edilmiş sikkələr o dövrün yerli pul bazarının tədqiqində önəmlidir.

Share