Milli Məclisin Mətbuat Xidməti məlumat yayıb

Milli Məclisin Mətbuat Xidməti məlumat yayıb

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bəzi kütləvi informasiya vasitələrində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılıb.

Milli Məclisin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil. Belə ki, Eldar Əsgərov 2017-ci il fevralın 13-dən Parlament Aparatının adıçəkilən şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır.

“KİV nümayəndələrindən bu cür informasiyaları yayarkən bir daha diqqətli olmağa çağırırıq”, – deyə məlumatda qeyd edilir.

Share