Millimiz yeni ilin ilk təlim-məşq toplanışına start verib
05.01.2020Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.
Azərbaycan Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, komandamızın baş məşqçisi Umberto Orta Dominqes hazırlığa 18 boksçu dəvət edib.
Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı doqquz gün davam edəcək və yanvarın 12-də başa çatacaq.