Moskvada daha 27 nəfər koronavirusun qurbanı olub

Moskvada daha 27 nəfər koronavirusun qurbanı olub

23.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Rusiya paytaxtında daha 27 nəfər koronavirusdan ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, bununla da Moskvada COVID-19 diaqnozu ilə ölənlərin sayı 288-ə çatıb.

Ölənlər 38-90 yaşları arasında olanlardır. 38 yaşında olan xəstə xroniki bronxitdən əziyyət çəkirmiş. Xəstələrin əksəriyyətində paralel olaraq digər xəstəliklər də var idi. Onların arasında hipertoniya, xroniki bronxit, şəkərli diabet, xroniki limfoleykoz da olub”, – məlumatda belə deyilir.

Qeyd edək ki, indiyədək Rusiyada 2,25 milyon test aparılıb, onlardan 57 999-da koronavirus aşkar olunub. Ümumilikdə 513 nəfər bu virusdan həyatını itirib, 4420 nəfər isə sağalıb.

Share