Moskvada koronavirusdan ölənlərin sayı 233-ə çatıb

Moskvada koronavirusdan ölənlərin sayı 233-ə çatıb

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Rusiya paytaxtında pnevmoniya və COVID-19 diaqnozu qoyulmuş daha 29 nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, xəstələr 31-94 yaşları arasında olub və paralel olaraq digər xəstəliklərdən də əziyyət çəkirmişlər. Belə olan halda Moskvada koronavirusdan ölənlərin sayı 233 nəfərə çatıb.

Qeyd edək ki, indiyədək Rusiyada 2,05 milyon test aparılıb və onlardan 47 121-də koronavirus aşkarlanıb. Belə ki, son 24 saatda daha 4268 nəfərin COVID-19 testi pozitiv nəticə verib. Ümumilikdə ölkədə 405 nəfər isə eyni virusdan dünyasını dəyişib, daha 3446 nəfər də sağalaraq evə buraxılıb.

Share