Musa Qasımlı: Koronavirusun mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur

Musa Qasımlı: Koronavirusun mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bu qənaətdədir ki, Prezident İlham Əliyevin dünən keçirdiyi videokonfrans bir daha göstərdi ki, dövlət başçımızın siyasətinin başlıca məqsədi Azərbaycan vətəndaşının sağlamlığının, sosial rifahının qorunmasıdır:

“Yaranmış vəziyyətlə əlaqədar olaraq, hökumətin müəyyən sosial tədbirlər həyata keçirməsi xüsusilə ürəkaçandır. Həmin tədbirlər həm əhalinin sağlamlığına, iş yerlərinin saxlanmasına, həm də sosial təminatının qorunmasına xidmət edir. Belə ağır şəraitdə insanların sosial müdafiəsinin gücləndirilməsi üçün pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Eyni zamanda, işsizlikdən sığorta ödənişlərinin təmin edilməsi müddəti uzadılıb”.

M.Qasımlı qeyd edib ki, Azərbaycan dövlətinin iqtisadi və maliyyə imkanları olmasaydı, koronavirus pandemiyası ilə əlaqədar olaraq, ağır vəziyyətə düşə bilərdi:

Share