Benyamin çağırış etdi
02.12.2019İsrailin Baş naziri Benyamin Netanyahu Avropa ölkələrini İrana təzyiqləri artırmağa və ABŞ-ın Tehrana qarşı sanksiyalarına qoşulmağa çağırıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin Katibliyi məlumat yayıb.
«Avropa ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan yayınmağa çalışır. Kursu dəyişdirməyin vaxtı gəldi. İrana təzyiqləri azaltmaq deyil, artırmaq lazımdır. ABŞ-a qoşulmaq və İrana qarşı sanksiyaları sərtləşdirməyin vaxtı gəldi» – məlumatda bildirilir.
Netanyahu qeyd edib ki, İran nüvə silahı istehsalı üçün uranı zənginləşdirməyə tələsərkən, Avropa ölkələri bu ölkəni güzəştlərlə sakitləşdirməyə çalışır.