Ölkədə 199 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb

Ölkədə 199 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aprelin 1-nə Azərbaycanda 199 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən -a bildirilib ki, onlardan 17-si Azərbaycan Respublikasının Prezidentinin fərmanları və Nazirlər Kabinetinin qərarları ilə təsis olunub. Naxçıvan Muxtar Respublikası tabeli 31, Səhiyyə Nazirliyi tabeli 113, Təhsil Nazirliyi tabeli 6, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeli 5, İqtisadiyyat Nazirliyi tabeli 2 publik şəxs qeydiyyatdadır.

Qeydiyyatda olan daha 25 publik şəxs isə digər dövlət orqanları tərəfindən təsis edilib.

Share