On bir ayda ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

30.12.2019 Off By admin

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 39 min 988 olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 494-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 36 min 61-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 3261-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 172-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Share