Onlayn konsertdən 128 milyon dollar yığıldı

Onlayn konsertdən 128 milyon dollar yığıldı

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“YouTube” internet portalında dünyaca məşhur müğənnilərin 8 saatlıq konsert proqramı keçirilib.

koronavirus ilə mübarizə aparan səhiyyə işçilərini dəstəkləmək məqsədi ilə keçirilən tədbirdə 100-dən çox ifaçı iştirak edib.

19 milyondan çox baxış sayı toplayan konsertdə Ledi Qaqa, Cennifer Lopez, Elton Con, Ebyons, Sem Smit, Con Legend, Teylor Svift, Selin Dion, Pol Makkartni, Billi Ayliş kimi məşhurlar çıxış edib.

Tədbirdən yığılan 128 milyon dollar (təxminən 217 milyon 600 min manat) Ümumdünya Səhiyyə Təşkilatına veriləcək.

Share