“Paris Sen-Jermen” Kərim Benzemanı yay transfer pəncərəsində heyətinə qatmaq istəyir

“Paris Sen-Jermen” Kərim Benzemanı yay transfer pəncərəsində heyətinə qatmaq istəyir

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Fransanın “Paris Sen-Jermen” klubu İspaniyanın “Real Madrid” komandasının fransalı hücumçusu Kərim Benzemanı yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, 32 yaşlı oyunçunun transferi ilə bağlı Paris təmsilçisi danışıqlara yaxın günlərdə başlamaq istəyir.

Kərimin paytaxt təmsilçisi ilə müqavilə müddəti 2022-ci ilə qədər nəzərdə tutulub. Cari mövsüm futbolçu 36 oyunda 19 dəfə fərqlənib və 9 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, K.Benzema 2009-cu ildən “Real Madrid” klubunun şərəfini qoruyur. O, “Kral” klubunun heyətində keçirdiyi 338 oyunda 162 dəfə fərqlənməyə nail olub. Fransalı forvard “Real Madrid” ilə dörd dəfə UEFA Çempionlar Liqasını, iki dəfə İspaniya çempionu və İspaniya kubokunun qalibi olub.

Share