Polis Göyçayda 40-dan çox aztəminatlı ailəyə yardım göstərib

Polis Göyçayda 40-dan çox aztəminatlı ailəyə yardım göstərib

17.04.2020 Off By admin

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdən çıxma qadağası nəzərə alınaraq Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində tənha yaşayan ahıl sakinlərə, eləcə də aztəminatlı ailələrə baş çəkib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə,

polis əməkdaşları rayon ərazisində 40-dan çox belə ailəni ziyarət edib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Həmçinin bir daha həmin şəxslərlə profilaktik söhbət aparılıb, qaydalara uyğun olaraq evdə qalmalarının vacibliyi onların diqqətinə çatdırılıb.

Sakinlər də öz növbəsində, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Hakimiyyet.com

Share