Prezidentə yazırlar: Atdığınız qətiyyətli addımlar xalqımıza diqqət və qayğınızın bariz göstəricisidir

Prezidentə yazırlar: Atdığınız qətiyyətli addımlar xalqımıza diqqət və qayğınızın bariz göstəricisidir

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Trend Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Kürdəmir rayonundan Elmir Həsənov: “Əziz və dəyərli cənab Prezident, hazırda bütün dünyanı hərəkətə gətirmiş yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq bütün dünya böyük narahatlıq içərisindədir. Bütün dövlətlər bu təhlükəli virus ilə əlaqədar var güclərini səfərbər ediblər. Lakin dünyada bəzi inkişaf etmiş dövlətlər belə bu cür təhlükənin qarşısını vaxtında almaq üçün zamanında ciddi yanaşmadılar və bunun nəticəsi kimi bu cür ölkələrdə böyük miqyasda insan tələfatı baş verir. Ancaq çox az sayda bu cür təhlükəli virusa qarşı çevik reaksiya verən dövlətlər oldu. Bu dövlətlərdən biri də və bəlkə də birincisi bizim Azərbaycandır. Bu çevik addımların atılmasında Sizin tapşırıqlarınız və rolunuz danılmazdır. Bizim Azərbaycan xalqı uzun illər boyu bundan da böyük çətinliklərə qalib gəlmiş dözümlü xalqdır və bu böyük xalqın sizin kimi böyük siyasətçisi var. Mən bir gənc, tələbə olaraq dünyada gedən prosesləri diqqətlə izləməyə çalışıram və Sizin hər zaman dərin mənalı çıxışlarınıza baxaraq bununla qürur duyuram. Allah hər zaman Sizi qorusun, Sizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram, cənab Prezident”.

Göygöl rayonunun sakinləri Dünya Quliyeva, Almaz Verdiyeva, Sədaqət Şərifova, Mirux Cəfərova və Zərəngiz Məmmədova yazırlar: “Hörmətli cənab Prezident, son zamanlar bütün dünyanı zəbt etmiş koronavirus pandemiyası dövlətimizi də qayğılandırdı. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu. Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Sizin televiziya kanallarında izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları bunun bariz nümunələridir. Cənab Prezident, məlum vəziyyətlə əlaqədar verilən bütün qərarlarınızı dəstəkləyirik. Çünki bu, birbaşa bizim sağlamlığımızın qorunması üçün atılmış addımlardır. “Evdə qal” aksiyasında iştirak edən yaşlı və aztəminatlı təbəqənin nümayəndələri heç nədən korluq çəkmədi. Bu cür qayğı və diqqətə görə Sizə təşəkkür edirik. Cənab Prezident, Göygöl rayonunun ahıl insanları və ağsaqqalları hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər.

Cəlilabad rayonunun Üçtəpə və Suluçeşmə kəndlərindən Yaqut Baxışova və Əliməmməd Qürbətov yazırlar:

Share