Prezident İlham Əliyevə Qubadlının Eyvazlı və Qədili kənd əhalisi müraciət ünvanlayıb

Prezident İlham Əliyevə Qubadlının Eyvazlı və Qədili kənd əhalisi müraciət ünvanlayıb

25.11.2021 Off By Füzuli İsmayılov

 Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Sizə Eyvazlı və Qədili kənd ailələri adından minnətdarlığımızı bildiririk. Sizin Ali Baş Komandan olaraq uzaqgörən siyasətinizin və müzəffər Azərbaycan ordusunun qanı, canı bahasına 30 ildən artıq bir müddətdə mənfur düşmən tərəfindən işğal edilən torpaqlarımızın azad edilməsi, bizlərin Vətən nisgilini sevinc hissləri ilə əvəzləyib.
Bundan əlavə qeyd etmək istəyirik ki, hələ SSRİ dövründə, 25 noyabr 1988-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndi erməni vandalizminə məruz qalmış və kənd tamamilə yandırılmışdır.
Atdığınız hər bir addım tarixin qızıl səhifəsinə yazılmaqdadır. Həmin hadisələrdən biri də, 25 oktyabr 2021-ci il tarixində Qubadlının azad olunduğu günə təsadüf edir. Bu tarixdə Eyvazlı kəndinə yeni bir yolun çəkilməsi ilə bağlı qərarınız, biz Eyvazlılar ailəsinə və bütün kənd camaatına yenidən səmimi sevinc hissi yaşatdı. Allah Sizlərin, bu millətin, xalqın yar və yardımçısı olsun.

Sizdən xahiş edərək, qeyd etmək istəyirik ki, səbirsizliklə Sizin  Eyvazlı kəndinin bərpası və böyük bir qəsəbə salınması ilə bağlı qərarınızın, şad xəbərin yolunu gözləyirik! Bizə yaşatdığınız bu hadisələrin necə xoş təsir etdiyini sözlə ifadə etməyimiz çətindir. Mənfur düşmənlə sərhəddə yerləşən Eyvazlı kəndinə qayıdış bizlərin ən gözəl və xoş arzularımızın başlanğıcıdır.

Hörmətlə, Eyvazlı və Qədili kənd əhalisi adından 150 nəfər

KAMRAN ORUCOV

” HAKİMİYYƏT” qəzeti

Share