PSJ Neymara yeni müqavilə təklif edib

PSJ Neymara yeni müqavilə təklif edib

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Fransanın “Paris Sen-Jermen” klubu braziliyalı futbolçusu Neymara yeni müqavilə təklif edib.

AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi Neymarla beşillik və illik 38 milyon avroluq yeni müqavilə imzalamaq niyyətindədir.

Daha əvvəl bildirilmişdi ki, İspaniyanın “Barselona” klubu 28 yaşlı braziliyalını komandaya geri qaytarmaq niyyətindədir. Lakin “Catalunya Radio” radio şəbəkəsi Neymarın koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı səbəbindən yay transfer pəncərəsində “Barselona”ya keçməyəcəyini bildirib.

Qeyd edək ki, Neymar 2013-cü ildən 2017-ci ilədək “Barselona”nın şərəfini qoruyub. O, klub ilə İspaniyanın ikiqat çempionu, Kral kubokunun üçqat qalibi olub, eyni zamanda, ölkə superkubokunu qazanıb. Həmçinin UEFA Çempionlar Liqasını, UEFA Superkubokunu və Klublararası dünya çempionatının qalibi olub. Braziliyalı 2017-ci ildə “Barselona”dan “Paris Sen-Jermen” klubuna futbol tarixində rekord məbləğə – 222 milyon avro qarşılığında transfer olunub.

Share