“Qalatasaray”ın sabiq futbolçusu “Paris Sen-Jermen”ə keçə bilər

“Qalatasaray”ın sabiq futbolçusu “Paris Sen-Jermen”ə keçə bilər

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Fransanın “Paris Sen-Jermen” klubu Portuqaliyanın “Porto” komandasının braziliyalı müdafiəçisi Aleks Tellesi transfer etmək istəyir.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar yaxın günlərdə başa çatmalıdır. Tərəflər razılığa gələndən sonra transfer məbləğinin bir hissəsi futbolçunun ilk klublarından sayılan Braziliyanın “Qremio” və “Juventude” klublarına köçürüləcək.

Qeyd edək ki, Aleks Telles 2016-cı ildə “Porto”ya Türkiyənin “Qalatasaray” klubundan keçib. O, İstanbul təmsilçisinin heyətində bir dəfə Türkiyə çempionu, bir dəfə Türkiyə Super Kubokunun və iki dəfə ölkə kubokunun qalibi olub.

Share