Qazaxıstan dünya üzrə uran satışında liderdir

31.01.2020 Off By admin

Qazaxıstanın “Kazatomprom” şirkəti dünyada uran satışında liderliyini qoruyur. Şirkətin vacib sahələri korporativ idarəetmə, əməyin mühafizəsi və ətraf mühitin qorunması məsələləridir.

AZƏRTAC xəbər verir ki, şirkət istehsal və maliyyə məqsədlərini uğurla həyata keçirərək dünyada ikinci ildir uran satışında liderliyini qoruyub saxlayır.

“Qazatomprom” İdarə Heyətinin sədri Qalımjan Pirmatov ölkə başçısı Kasım-Jomart Tokayevə ötən il uran-mədən şirkətinin fəaliyyətinin əsas nəticələri və onun gələcək inkişaf planları barədə hesabat təqdim edib.

Qeyd edək ki, “Qazatomprom” ən böyük uran ehtiyat bazasına sahibdir.

Share