Qazaxıstan qonşu ölkələrə humanitar yardım göstərir

Qazaxıstan qonşu ölkələrə humanitar yardım göstərir

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Humanitar yardım dünya birliyi üzvlərin qarşılıqlı yardımın göstərilməsi üzrə ümumi qəbul edilmiş beynəlxalq təcrübədir. Bu gün COVID-19 qlobal pandemiyası şəraitində bir çox ölkələr müasir dövrün çağırışı ilə mübarizənin imkanların artırılması məqsədilə müxtəlif yardım göstərirlər. Qazaxıstanda da bu işdə fəal şəkildə iştirak edir.

Trend-in məlumatına görə, pandemiyaya qarşı mübarizə dövründə qonşulara iqtisadi yardım göstərilməsinə səy göstərərək, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstana və Tacikistana ümumi dəyəri 3 milyon ABŞ dolları olan hərəsinə 5 min ton Qazaxıstan unu humanitar yardım kimi göndərməyi qərar verib.

Qərar əhalini ərzaqla kəsintisiz təmin edilməsi üçün Qırğızıstanın və Tacikistanın rəsmi müraciətləri ilə bağlı qəbul edilib.

Qazaxıstan Prezidenti K.Tokayevlə telefon danışığı zamanı Tacikistan Prezidenti Emomali Raxmon hamı üçün çətin dövründə tacik xalqına dəstəyə və humanitar yardımın göstərilməsinə görə təşəkkürünü bildirib. O, həmçinin Tacikistan vətəndaşların Vətənə qaytarılmasında köməklik göstərilməsinə və Qazaxıstan ərazisi ilə yüklərin tranzitinə görə minnətdarlığını bildirib.

Eyni zamanda, Qazaxıstanın və Qırğızıstanın Xarici İşlər Nazirləri Muxtar Tileuberdi və Çinqiz Aydarbekovun telefon danışığı zamanı qırğız tərəfi humanitar yardımın göstərilməsinə görə Qazaxıstana səmimi təşəkkürünü bildirib.

Share