“Qızlarım köynəyini dəyişmək üçün belə məndən icazə alır” – Vəfa Zeynalova

“Qızlarım köynəyini dəyişmək üçün belə məndən icazə alır” – Vəfa Zeynalova

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Eşitmişəm ki, aktrisa xanım həmkarının paltarını kəsib, ayaqqabısının içinə şüşə atıb və nələr-nələr… Amma mənə qarşı heç nə edilməyib. Bəlkə də edilib, lakin hiss etməmişəm. Əksinə, dəstək görmüşəm”.

bu sözləri “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında Əməkdar artist Vəfa Zeynalova deyib.

Sənətçi yerli seriallar barədə fikirlərini də bildirib:

“Bəzi seriallarımız var ki, baxanda əsəb keçirirəm. Bunun ən başlıca səbəbi maliyyədir. Bu uşaqları belə serialları ərsəyə gətirirlərsə, çox böyük işlər görürlər. Film tarixdir, serial isə tarix deyil. O tarix isə bizdə yox dərəcəsindədir. Seriallar qazanc mənbəyidir və mənim üçün önəmli göstərici deyil. Ona qlobal iş kimi baxmıram. O boyda böyük sənətkarlarımız seriallarda çəkilir. Onların işini də yerə vurmuram. Onlar da mənimlə eyni düşünər”.

Aktrisa rol aldığı ekran işlərində seçici olduğu dilə gətirib:

“Daha çox tərəf müqabili və ssenari baxımından seçiciyəm. Filmi kimin çəkməyi də vacibdir. Qonorar hər şeydən sonra gəlir. Hərdən deyirlər ki, reklamlara çox baha çəkilirsən. Deyirəm ki, bu, mənim simamdır və onu satıram”.

V.Zeynalova rejissor Yavər Rzayevin ekranlaşdırdığı “İlahi məxluq” filmindəki erotik səhnəsinin illər sonra qalmaqala səbəb olması barədə sualı da cavablandırıb:

“Maraqlısı odur ki, ajiotaj filmdən 4 il sonra başladı. Bu, mənə qarşı hazırlanmış bir kampaniya idi. Həmin hadisədən sonra bütün mətbuatdan və saytlardan uzaqlaşdım. Yalnız efirlərə gedirəm. Bunda da artıq seçiciyəm. Əvvəl hər verilişə gedirdim. Lakin sonra gördüm ki, mənimlə birlikdə çağırılan qonaqlarla uyğun gəlmirəm. Buna görə də istəmirəm”.

Sənətçi ailə qurmasından və qızlarına qoyduğu qadağalardan da danışıb:

“Qayınatam istəmirdi ki, aktrisa olum. Yoldaşım dedi ki, olacaqsan. Bir il dost olmuşuq, sonra evlənmək təklif etdi. Bir il də mən düşündüm, sonra evləndik.

Qızlarım model deyillər. Sadəcə hündürdülər, kürəklərini əyirdilər. Qızım dedi ki, modellik məktəbi var, orada gedib düzgün öyrənə bilərik. Mən də razılaşdım, amma dedim ki, bunu peşə kimi yox, hobbi kimi yanaşsınlar. Qızlarımın biri Xarici Dillər Universitetində, digəri isə  Azərbaycan Dövlət İqtisad Universitetində oxuyur. Yaradıcı qızlardır, rəsm çəkirlər. Biri şeir yazır. Onlara sərbəstlik vermişəm. Amma bu o demək deyil ki, hər işi görə bilərlər. Biri Almaniyada idi, görüntülü danışırdıq. Qayıtdı ki, ana, olar sabah bu köynəyi dəyişim. Yanımda rəfiqələrim var idi. Mənə təəccüblə baxdılar. Dedilər ki, necə yəni, səndən köynəyi dəyişmək üçün icazə istəyir? Dedim ki, icazə verməsəm, geyimini dəyişməz. Baxmayaraq ki, ayrı ölkədədirlər. Onlara müdaxilə edə bilirəm”.

Share