Qubada yeyib-içmək məclisi təşkil etməklə karantin qaydalarını pozan 5 gənc saxlanıldı

Qubada yeyib-içmək məclisi təşkil etməklə karantin qaydalarını pozan 5 gənc saxlanıldı

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan 5 gənc saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir.

Belə ki, Quba rayonu 2-ci Nügədi kənd sakinləri olan beş gənc kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq yeyib-içmək məclisi təşkil ediblər. Elan edilmiş xüsusi karantin qaydalarını kobudcasına pozan şəxslər ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər və burada hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat məbləğində cərimə ediliblər.

Share