“Real Madrid” Harri Keyni almaqdan imtina edib

“Real Madrid” Harri Keyni almaqdan imtina edib

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İspaniyanın “Real Madrid” klubu İngiltərə “Tottenhem”inin hücumçusu Harri Keyni almaqdan imtina edib.

AZƏRTAC xəbər verir ki, bu qərar koronavirus pandemiyası ilə əlaqədar dünyadakı qeyri-sabit maliyyə durumu ilə əlaqədar verilib.

Forvardın qarşıdakı transfer dövründə heyətə cəlb olunması nəzərdə tutulurdu. Bundan əvvəl “Mançester Siti” 26 yaşlı futbolçunun transferindən imtina edib. “Tottenhem” yaranmış borclarını qaytarmaq üçün Keyni 200 milyon funt sterlinq (228 milyon avro) qarşısında buraxmağa hazırdır.

Qeyd edək ki, Harri Keyn yetirməsi olduğu “Tottenhem”də 2009-cu ildən forma geyinir. Bu mövsüm ingiltərəli forvard 25 oyuna 17 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun klubla müqaviləsi 2024-cü il iyunun 30-dək qüvvədədir.

Share