Ruhi Əliyeva Tovuzda 250 ailəyə yardım etdi –  Fotolar+Video

Ruhi Əliyeva Tovuzda 250 ailəyə yardım etdi – Fotolar+Video

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İş xanımı, “Liatris Holdinq”in rəhbəri Ruhi Əliyeva növbəti sosial dəstək tədbirini gerçəkləşdirib.

 o, bu dəfə Tovuzda 250 ailəni sevindirib. Əliyeva rayonun böyük kəndlərindən olan Əyyubluda yaşayan karantin rejimi ilə bağlı evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşlılara, şəhid və Qarabağ müharibəsi iştirakçılarının ailələrinə, aztəminatlı şəxslərə baş çəkib, onlar üçün apardığı ərzaq sovqatlarını təqdim edib.

İş xanımı hətta şəhid ailələrindən birinin sosial problemlərinə dəstək məqsədiylə sahibi olduğu şirkətin büdcəsindən aylıq təqaüd ayırıb. Eyni zamanda o, aztəminatlı ailələrdən birinin övladı – Gəncə Dövlət Universitetinin 2-ci kurs tələbəsinin təhsil haqqının ödənilməsini də öz üzərinə götürüb.

 

Tovuz səfərindən çox təsirləndiyini deyən R.Əliyeva bu yardım tədbirindən sonra özündə mənəvi rahatlıq tapdığını bildirib:

“Əyyublu mənim doğulub-böyüdüyüm kənddir. Bakıda ard-arda xeyriyyə tədbirləri keçirəndə belə bir aksiyanı Tovuzda eləmədiyim üçün özümü qınayırdım. Düşünürdüm ki, oradakı insanlarada əl uzatmalı, maddi-mənəvi dəstək olmalıyam. Bu, həm iş xanımı, həm azərbaycanlı, həm də tovuzlu kimi mənim borcumdur. Şükürlər olsun ki, bu təşəbbüsüm baş tutdu. Orda məndən dəstək gözləyən insanlara baş çəkə bildim. Səfər məni çox təsirləndirdi. Orda bir xanımın mənə “Ruhi, səni Allah yetirdi” deyib, boynuma sarılmasını heç zaman unutmayacam. O qadının sözlərindən çox kövrəldim. Əgər az da olsa, oradakı insanların dərdinə dərman ola, çətinliyinə əl yetirə bildimsə, çox xoşbəxtəm. O insanların gözündəki sevinci, minnətdarlığı heç nəyə dəyişmərəm”.

Share