Şəkidə qəfil ölən şəxsin üzərində zorakılıq əlamətləri aşkarlanıb

25.01.2020 Off By admin

Şəkidə qəfil ölən şəxsin üzərində zorakılıq əlamətləri aşkarlanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gecə saat 02 radələrində Şəki şəhəri Noxabi 14 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1982-ci il təvəllüdlü Yusif  Yaşar oğlu Əliyev qəfildən ölüb.

İlkin araşdırma zamanı Y. Əliyevin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Meyit müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Share