Şəmkirdə karantin rejimini pozan 15 nəfər həbs edilib (FOTO)

Şəmkirdə karantin rejimini pozan 15 nəfər həbs edilib (FOTO)

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Şəmkir rayonunda karantin rejimini pozan 15 nəfər həbs edilib, 1 nəfər sərxoş sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, aprelin 17-də keçirilən reyd zamanı xüsusi karantin rejimindən başqa sərxoş halda avtomobil idarəetmə, konstruktiv dəyişiklik və digər qanun pozan sürücülər də aşkar edilib ki, onlar barəsində də qanunamüvafiq tədbir görülüb.

Şəmkir RPŞ əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 1038 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb.

Onlardan 15 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə İnzibati həbs seçilib.

Share