Səudiyyə Ərəbistanı neft hasilatını may ayından əvvəl azaltmağa başlaya bilər

Səudiyyə Ərəbistanı neft hasilatını may ayından əvvəl azaltmağa başlaya bilər

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Səudiyyə Ərəbistanı və digər OPEK ölkələri neft hasilatını planlaşdırılan vaxtdan – may ayından əvvəl azaltmağa başlaya bilərlər.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” qəzetinə mənbələr bildirib.

Mənbələrin məlumatına əsasən, belə bir qərarın müzakirəsi Nyu-York Ticarət Birjasında “WTI” markalı neftin qiymətinin ABŞ tarixində ilk dəfə mənfiyə düşməsi ilə əlaqədardır.

Qeyd edək ki, ötən gün “WTI” markalı neftin may fyuçerslərinin qiyməti Nyu-York Ticarət Birjasında 35,97 dollar (196,88%) ucuzlaşaraq -17,7 dollara düşüb. İyun fyuçerləsrinin qiyməti təxminən 20 dollar təşkil edib.

Share