Saatlıda zavodda baş verən bədbəxt hadisə ilə bağlı cinayət işi başlanıb

Saatlıda zavodda baş verən bədbəxt hadisə ilə bağlı cinayət işi başlanıb

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Saatlı rayonunda baş verən qəza ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki “P-Aqro” MMC-nin Saatlı Pambıq Emalı zavodunda qeydə alınıb.

Zavodda çalışan İlham Zeyniyev  idarə etdiyi avtokarla orada işləyən 1969-cu il təvəllüdlü Şəhla Abasovanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin xəsarət alması ilə nəticələndə)  maddəsilə cinayət işi başlanıb.

Share